Ukrayna Ali Radası Baş nazirin istefasını qəbul etmədi


Dünya 30 May 2019 17:59:00 231 0

Ukrayna Ali Radası Baş nazirin istefasını qəbul etmədi

Ukrayna Ali Radası Baş nazir Vladimir Qroysmanın istefasını qəbul etməyib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Qroysmanın istefasına yalnız 97 parlamentari səs verib. Onun istefası üçünsə 226 səs lazımdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də keçirdiyi andiçmə mərasimində Qroysmanı istefa verməyə çağırmışdı. Baş nazir isə bu çağırışı qəbul edərək, istefa vermişdi.