Fransa məhkəməsi ermənilərə zərbə vurdu


Dünya 30 May 2019 17:44:00 282 0

Fransa məhkəməsi ermənilərə zərbə vurdu

Fransanın Val-d'Oise departamentinin Cergy-Pontoise inzibati məhkəməsi Arnovil meri və Qarabağ separatçıları arasında bağlanan "dostluq xariyası"nın ləğvi ilə bağlı qərar çıxarıb. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu qərarla Arnovil merinə qarşı Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun üzvüdür. 

"Dostluq xariyası" 2018-ci ilin oktyabrında Arnovil meri Paskal Doll və Azərbaycanın işğal altındakı Xocavənd rayonu Şeher yaşayış məntəqəsindəki separatçıların rəhbəri Mxitar Manqasaryan arasında bağlanmışdı.