Avstriyada ilk qadın kansler təyin olundu


Dünya 30 May 2019 17:47:00 182 0

Avstriyada ilk qadın kansler təyin olundu

Avstriyanın Federal Prezidenti Aleksandr Van der Bellen Konstitusiya Məhkəməsinin sədri Brigitte Birlyaynı müvəqqəti kansler təyin edib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkə tarixinin ilk qadın kansleri olan B.Birlyayn sentyabr ayında keçiriləcək növbədənkənar seçkilərə qədər hökumətə rəhbərlik edəcək.

O, bu vəzifədə Sebastyan Kurtsu əvəz edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Aleksandr Van der Bellen S.Kurtsun hökumətini parlamentin çıxardığı etimadsızlıq qərarından sonra istefaya göndərib.