İnstaqram aktrisalarımızdan yalnız onu “tanıyır”


Şou-biznes 30 May 2019 17:34:00 279 0

İnstaqram aktrisalarımızdan yalnız onu “tanıyır”

Azərbaycanda bir çox müğənnilər İnstaqram hesablarını təsdiqlətsələr də, bu, aktrisalardan heç birində yox idi.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu mövzuda Əməkdar artist Mehriban Xanlarova bir ilkə imza atıb. Belə ki, İnstaqram rəhbərliyi Xanlarovanı rəsmən tanıyıb. O, bu barədə özü yazıb:

"Hörmətli izləyicilər və əziz məni sevənlər. Sizinlə sevincimi bölüşmək istəyirəm. İnstagram şirkəti səhifəmi təsdiqlədi.Və ən əsası isə təmannasız etdilər. Bəzi məşhurlar bu göy rəngli işarəni almaq üçün, çox yüksək məbləğdə pul ödəyirlər. Amma bu, məndə təmannasız baş verdi. Çünk, səhifəm İnstaqram rəhbərliyinin bütün qaydalarına uyğundur. Bu, mənim üçün Ramazan ayında böyük hədiyyə oldu".

Qeyd edək ki, Azərbaycanda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Əməkdar artistlər Abbas Bağırov, Röya Ayxan, Tünzalə Ağayeva və digər məşhurların İnstaqram hesabları rəsmi olaraq tanınır.


Xəbərə aid foto