Avstriyada ilk qadın kansler təyin olunub


Digərləri 30 May 2019 17:35:00 200 0

Avstriyada ilk qadın kansler təyin olunub

Avstriyanın Federal Prezidenti Aleksandr Van der Bellen Konstitusiya Məhkəməsinin sədri Brigitte Birlyaynı müvəqqəti kansler təyin edib.

Bakı. Avstriyanın Federal Prezidenti Aleksandr Van der Bellen Konstitusiya Məhkəməsinin sədri Brigitte Birlyaynı müvəqqəti kansler təyin edib. Trend-in məlumatına görə, ölkə tarixinin ilk qadın kansleri olan B.Birlyayn sentyabr ayında keçiriləcək növbədənkənar seçkilərə qədər hökumətə rəhbərlik edəcək. O, bu vəzifədə Sebastyan Kurtsu əvəz edəcək.