Şəhidimiz sabah dəfn olunacaq


Digərləri 30 May 2019 17:22:00 210 0

Şəhidimiz sabah dəfn olunacaq

Bu gün səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti Qaxda dəfn olunacaq.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, 36 yaşlı şəhid mayor Aqil Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq.

Şəhid ailəli olub, iki övladı var.