Müdir onu görüb ayağa qalxmayan işçilərini döydü


Dünya 30 May 2019 17:04:00 244 0

Müdir onu görüb ayağa qalxmayan işçilərini döydü

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

Son.az haberler-ə istinadla xəbər verir ki, videoda müdirin kassaya yaxınlaşdığı zaman ayağa qalxmayan işçilərini döyməsi əks olunub.

Görüntülər İstanbulda, Beşiktaş rayonunda çəkilib. Gecə klubunun sahibi qeydiyyat masasına yaxınlaşdığı zaman ayağa qalxmayan iki işçisinə şillə vurub.

Həmin anın görüntüləri gecə klubunun təhlükəsizlik kamerasına düşüb. Zərərçəkənin şikayəti ilə klub sahibi Şahin Ş. 6 ay müddətinə işindən kənarlaşdırılıb.