Avroliqanın finalı: Britaniyalı azarkeşlər Bakı qonaqpərvərliyindən məmnun qalıb


Digərləri 30 May 2019 17:03:51 295 0

Avroliqanın finalı: Britaniyalı azarkeşlər Bakı qonaqpərvərliyindən məmnun qalıb

Bakıda azarkeşlər “Çelsi”nin Avropa Liqasında qələbəsini səhərə qədər qeyd edib. Finaldan sonra heç bir qayda pozuntusu qeydə alınmayıb

Bakı. Bakıda azarkeşlər “Çelsi”nin Avropa Liqasında qələbəsini səhərə qədər qeyd edib. Finaldan sonra heç bir qayda pozuntusu qeydə alınmayıb. Trend-in məlumatına görə, bu barədə “MİR 24” telekanalının reportajında deyilir. Reportajda qeyd olunub ki, “Çelsi” azarkeşləri sevimli komandalarının qələbəsindən əmin olduqları üçün bayram geyimlərini əvvəlcədən hazırlamışdı. Azarkeşlər bu oyun üçün bu qədər məsafə qət eməklərindən heyfsilənmədiklərini deyiblər: “Mən arzuma çatdım, “Çelsi”nin qələbəsini gördüm. Əla oyun oldu”.