Bakıda qadına hədəqorxu gələrək 10 min manat almaq istəyən şəxs saxlanıldı


Kriminal 30 May 2019 16:54:00 223 0

Bakıda qadına hədəqorxu gələrək 10 min manat almaq istəyən şəxs saxlanıldı

Bakıda qadına hədə-qorxu gələrək 10 min manat almaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.