Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində bayram konserti keçirilib


Kriminal 30 May 2019 16:37:00 687 0

Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində bayram konserti keçirilib

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində 28 may-Respublika gününə həsr olunmuş bayram konserti keçirilib.

Son.az xəbər verir ki, tədbirdə Baş İdarənin rəisi Cəlil Məlikov, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yusif  Nəsibov və qəsəbə sakinləri iştirak ediblər.

Aparıcı Humay Muxtarova gələn qonaqları və tamaşaçıları salamlayıb, onları bayram münasibəti ilə təbrik edib. Sonra Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində keçirilən müxtəlif tədbir və seminarlarda fəal iştirak edən bir qrup gəncə Mədəniyyət Mərkəzi adından Təşəkkürnamələr təqdim olunub.

Konsertdə tanınmış mügənni Elnur Məmmədov səhnəyə çıxaraq xalqımızı 28 may Respublika günü münasibəti ilə təbrik edib, canlı ifası ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Konsertdə qonaq qismində mügənnilərdən Nur Cəfərli, rəqqasə Kəmalə Səfərəliyeva çıxış ediblər.


Xəbərə aid fotolar