Faktiki və gözlənilən


Digərləri 30 May 2019 16:21:00 248 0

Faktiki və gözlənilən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən Son.az-a verilən məlumata görə, mayın 30-u səhərədək əksər rayonlarda hava şəraiti nisbətən sabit və yağmursuz keçsə də, bəzi şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Qrızda 4, Quba, Xaltan, Şahdağ, Binədə 0.2-1 mm  təşkil edib.

Mayın 29-da  Bakıda havanın temperaturu iqlim normasından 5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, Aran rayonlarında 27-31, Naxçıvan MR-da 27-32 dərəcə isti, dağlıq rayonlarda 19 dərəcəyədək isti təşkil edib.

Mayın 31-dən iyunun 2-dək gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mayın 31-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyinin sürəti 7-12 m/s, arabir 16 m/s, iyunun 1-də cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək, iyunun 2-də arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 18-20, gündüz 26-29 dərəcə isti, iyunun 1-2-də 31 dərəcəyədək isti təşkil edəcək.