Heydər Əliyev Beynəlxalq Aeroportu UEFA Avropa Liqasının finalı dövründə yüksək hazırlıq səviyyəsini təsdiqləyib VİDEO FOTO


Digərləri 30 May 2019 16:27:00 268 0

Heydər Əliyev Beynəlxalq Aeroportu UEFA Avropa Liqasının finalı dövründə yüksək hazırlıq səviyyəsini təsdiqləyib  VİDEO  FOTO

"Azərbaycan Hava Yolları" (AZAL) bildirir ki, bütün mülki aviasiya strukturları UEFA Avropa Liqasının finalının keçirildiyi dövrdə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyəli xidmət göstərilməsini təmin etmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə,  Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərmişdir. Onlardan 57-si çarter reysləri, 10-u isə "FlyDubai", "AirArabia", "SCAT", "IsrAir", "Jazeera" və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşmüşdür.

Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil etmişdir.

Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə hava limanının infrastrukturunda yüklənmənin pik vaxtının 30 may tarixində müşahidə edilməsi gözlənilir. Gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək.

Paytaxtın hava limanından mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirəcək.

Reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilmişdir. Həmçinin Frankfurt, Vyana, Buxarest, Madrid, Nitsa, Afina, Stokholm, Doha və bir sıra digər şəhərlərdən nümayəndə heyətləri, pərəstişkarlar və azarkeşlər gəlmişdirlər.

Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək təhlükəsizlik səviyyəsi və mükəmməl xidmət keyfiyyətini təmin etmiş, aeroportun bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərmişdir.


Xəbərə aid fotolar