Dünən Bakıda havanın temperaturu iqlim normasından 5 dərəcə yuxarı olub


Digərləri 30 May 2019 16:16:00 176 0

Dünən Bakıda havanın temperaturu iqlim normasından 5 dərəcə yuxarı olub

Mayın 29-da Bakıda havanın temperaturu iqlim normasından 5 dərəcə yuxarı olub.

Bakı. İlhamə İsabalayeva - Mayın 29-da Bakıda havanın temperaturu iqlim normasından 5 dərəcə yuxarı olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, Aran rayonlarında 27-31, Naxçıvan MR-da 27-32 dərəcə isti, dağlıq rayonlarda 19 dərəcəyədək isti təşkil edib. Mayın 30-u səhərədək əksər rayonlarda hava şəraiti nisbətən sabit və yağmursuz keçsə də, bəzi şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Qrızda 4, Quba, Xaltan, Şahdağ, Binədə 0.2-1 mm təşkil edib. Paytaxtın hava limanından mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirəcək.