“General Motors Uzbekistan” Azərbaycana avtomobil ixrac edəcək


Digərləri 30 May 2019 15:38:00 195 0

“General Motors Uzbekistan” Azərbaycana avtomobil ixrac edəcək

“General Motors Uzbekistan” şirkəti Azərbaycanda avtomobil satışına başlayacaq

Bakı. “General Motors Uzbekistan” şirkəti Azərbaycanda avtomobil satışına başlayacaq. Trend bu barədə şirkətin mətbuat xidmətinə istinadən məlumat verir. İlkin mərhələdə Azərbaycanda R3 və R4 modelləri satılacaq, daha sonra isə digər modellər də tədarük olunacaq. Qeyd edək ki, hazırda “General Motors Uzbekistan” şirkəti tərəfindən “Chevrolet” və “Ravon” brendləri altında “Matiz”, “Spark” (R2), “Nexia” (R3), “Cobalt” (R4) daxil olmaqla 10 model istehsal olunur.