Azərbaycanda ana oğlunu döyərək evdən qovdu - 8 gündür yoxa çıxıb (FOTO)


Digərləri 30 May 2019 14:31:00 201 0

Azərbaycanda ana oğlunu döyərək evdən qovdu - 8 gündür yoxa çıxıb (FOTO)

Azərbaycanda yeniyetmə anası tərəfindən döyüldükdən sonra itkin düşüb.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycanda yeniyetmə anası tərəfindən döyüldükdən sonra itkin düşüb. Trend-in məlumatına görə, Göygöl rayonunda ailə mübahisəsi baş verib. 2004-cü il təvəllüdlü İsmayılov Emil Ramil oğlu may ayının 22-sindən yoxa çıxıb. Onun itkin düşməsinə səbəb anası tərəfindən döyülərək evdən qovulması olub. Bu barədə Trend-ə yeniyetmənin atası bildirib. Ramil İsmayılovun sözlərinə görə, o, 11 ildir ki, həyat yoldaşından ayrılıb: "Oğlum mayın 22-si anası tərəfindən döyülüb, səbəb isə dərslərini yaxşı oxumaması olub. Anası onu döyərək qovlayıb və bildirib ki, get atanın yanına. Emil evdən çıxıb, gecə qayıdarkən anası onu evə buraxmayıb və uşaq qapıda gecələyib". R.İsmayılovun sözlərinə görə, növbəti gün Emil Bakıya yola düşüb: