Yevlax Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri başa çatmaqdadır


Digərləri 30 May 2019 14:03:00 175 0

Yevlax Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri başa çatmaqdadır

Yevlax Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri başa çatmaqdadır

Bakı. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək qayğısı bu kateqoriyalardan olan vətəndaşlar üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımların atılmasına imkan verib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra bərpa müəssisələrində olduğu kimi, Yevlax Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində də yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır. Bu məqsədlə müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir. Müəssisə Yevlax rayonunda və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Burada bərpa müalicəsi baxımından effektiv təsirə malik səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında və müasir avadanlıqlardan istifadə olunmaqla vətəndaşlara kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.