Həyatın keyfiyyəti təməldən başlayır (FOTO/VİDEO)


Digərləri 30 May 2019 13:50:00 215 0

Həyatın keyfiyyəti təməldən başlayır (FOTO/VİDEO)

Müasir Bakının memarlığı öz müxtəlifliyi və unikallığı ilə hər kəsi heyrətləndirir.

Bakı. Müasir Bakının memarlığı öz müxtəlifliyi və unikallığı ilə hər kəsi heyrətləndirir. Son illər ərzində tikinti sahəsində böyük bir “bum” yaşanır. Tikintilərin miqyası insanı heyrətə salır. Rəsmi statistik məlumatlara əsasən, Bakı şəhəri üzrə tikinti sahəsinin orta göstəricisi qeyri-stabildir, lakin son üç ildə bu göstəricinin artımı müşahidə olunur və Bakı şəhəri üzrə bu nəticə 700000 m² təşkil edir. Tikinti üzrə isə inkişafın nümünəsi kimi Premium klass sayılan yaşayış kompleksi Sabah Residence-i misal gətirmək olar. "Sabah Residence" yaşayış kompleksi mürəkkəb relyefə malik ərazidə yerləşir. Bu səbəbdən yaşayış kompleksinin yerləştiriləcəyi tikinti sahəsinin texniki nəzarətin həyata keçirilməsi tələb olunur. Tədqiqatlar “Sabah Residence” MTK tərəfindən dəvət edilmiş Azərbaycan “Geo Engineering LLC” və dunyanın ən tanınmış Yapon “Shinyei Kaisha” şirkəti tərəfindən həyata keçirilib. Bələliklə, Fövqaladə Hallar Nazirliyində təsdiq etdiyi nəticələri əsas tutaraq, kompleksin tikintisi üçün seçilən ərazinin təhlükəsiz yerdə yerləşir. Həmçinin Flame Towers, Port Baku və digər bir çox məşhur yerlərin tikintisində iştirak edən "Shinyei Kaisha" şirkətinin yapon mütəxəssisləri "Sabah Residence" binalarının təməl qatının hazırlanması ilə bağlı tövsiyələrin vermişdir. "Sabah Residence" kompleksinin inşasında bu tövsiyələr nəzərə alınmışdır. Kompleksin tikintisi zamanı diametri 1.2 metr, uzunluğu isə 35 metr təşkil edən şpunt svaylardan istifadə olunur. Bu isə, bina arxasında olan qrunt kütləsini tikintiyə heç bir zərər verməməsi üçün saxlayır.