Avroliqanın final yarışını izləmək üçün Azərbaycana gələn fanat ata və oğul üçün xüsusi qarşılanma təşkil edilib


Digərləri 30 May 2019 13:57:00 167 0

Avroliqanın final yarışını izləmək üçün Azərbaycana gələn fanat ata və oğul üçün xüsusi qarşılanma təşkil edilib

UEFA-nın Avropa Liqasının Bakıda keçirilən final oyununun təbliğatı məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən “Times”, “The Telegraph”, “Press Association”, “Daily Star”, “The Mirror”, “The Sun” kimi dünya üzrə ən çox oxunan mətbuat orqanlarından olan 11 nəfərlik media nümayəndələri üçün tur təşkil edilib.

Bakı. İlhamə İsabalayeva - UEFA-nın Avropa Liqasının Bakıda keçirilən final oyununun təbliğatı məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən “Times”, “The Telegraph”, “Press Association”, “Daily Star”, “The Mirror”, “The Sun” kimi dünya üzrə ən çox oxunan mətbuat orqanlarından olan 11 nəfərlik media nümayəndələri üçün tur təşkil edilib. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, media nümayəndələrinə Bakının turizm məkanları tanıdılıb, ölkəmiz haqqında ətraflı məlumat verilib. Azərbaycan Turizm Bürosu tərəfindən final oyunu ərəfəsində təbliğat məqsədilə atılan digər maraqlı addımlardan biri də “Snapçat” üçün Azərbaycanın turizm brendi və loqosuna uyğun olaraq final oyununa məxsus, London şəhərində aktiv olan xüsusi filterin hazırlanması olub. Bundan əlavə, Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycana səyahət edən “Çelsi” klubunun fanatları ata və oğul üçün xüsusi qarşılanma təşkil edilib. Belə ki, dünyanın nüfuzlu “Reuters”, “Yahoo News”, “Daily Mail”, “BBC”, “ITN (Independent Television News)”, “Radio1” kimi kütləvi informasiya vasitələri Londondan İstanbula, oradan Gürcüstan, daha sonra qatarla Azərbaycana oyunu izləmək üçün gələn “Çelsi” klubunun fanatları ata və oğul Kevin Cobb və Jake Ralphın Azərbaycana səyahəti haqqında geniş məqalələr hazırlayıblar. Müsahibələrində onlar Azərbaycanda xoş qarşılandıqlarını və onlara göstərilən diqqətdən məmnun qaldıqlarını dilə gətiriblər.