Avtobus yük maşını ilə toqquşdu:


Dünya 30 May 2019 13:04:00 216 0

Avtobus yük maşını ilə toqquşdu:

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Təbəs rayonunda yük maşını avtobusla toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, qəza nəticəsində 4 nəfər həlak olub.

Təşkilatın sözçüsü 50 nəfər yaralının 9 təcili yardım maşını ilə xəstəxanalara çatdırıldığını deyib.