Azərbaycanda yeni beynəlxalq turizm konsepsiyası hazırlanır - Hikmət Əlizadə


Digərləri 30 May 2019 13:00:00 217 0

Azərbaycanda yeni beynəlxalq turizm konsepsiyası hazırlanır - Hikmət Əlizadə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki Milli parklara direktor vəzifəsinə müsabiqə elan edib.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki Milli parklara direktor vəzifəsinə müsabiqə elan edib. Namizədlərin bu vəzifəyə hansı əsaslarla seçilməsi və hansı meyarların üstünlük təşkil etməsi ilə bağlı Trend-ə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə müsahibə verib. - Milli parklara direktor vəzifəsinə müsabiqə elan edilməsi hansı məqsədi daşıyır? - Hamımız bilirik ki, milli parklar xüsusi ekoloji, tarixi, estetik əhəmiyyəti olan təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə və elmi-tədqiqat idarəsi statusunda olan ərazilərdən ibarətdir. Artıq bu məfhumun özündən irəli gələrək bu idarələrin vahid kompleks altında çoxşaxəli istiqamətli fəaliyyətləri yerinə yetirdiyi məlum olur. Və təbii ki bu cür tələblər qoyulduğu halda bu qurumların idarə edilməsi tam hazırlıqlı və səriştəli şəxslər tərəfindən həyata keçirilməlidir. Azərbaycanın ən nadir və zəngin təbiət ərazilərinin mühafizəsi, idarə edilməsi və onları layiqli şəkildə yerli və xarici qonaqlara tanıtmaq üçün bir daha qeyd etmək istərdim ki, bu idarələrə rəhbərlik edən şəxslər özlərində kompleks bacarıqları ehtiva etməlidir. Milli parklara hazırda təbii ki rəhbərlik olunur, əksər milli parkların direktorları təyin olunub. Amma biz sahəni təhlil edərək bu qənaətə gəldik ki, təbiət elmləri, idarəetmə, turizmin təşkili və menecmenti ilə bağlı bilik və təcrübəyə malik daha bacarıqlı kadrların cəlb olunması üçün şəffaf bir müsabiqə təşkil edək. - Namizədlərdən nələr tələb olunur və onlar hansı meyarlara cavab verməlidir? - Yuxarıda qeyd etdiyimiz kimi namizədlərdən kompleks bacarıqların olması tələb olunur. İlk növbədə, əlbəttə ki, bu idarələr həm elmi-tədqiqat statuslu olduğundan, həm mühafizə komponentini özündə ehtiva etdiyindən, həm də birbaşa ekoturizmlə bağlı olduğundan bu rəhbər şəxslər təbiət elmləri, idarəetmə, turizmin təşkili və menecmenti ilə bağlı bilik, bacarıq və təcrübəyə malik olmalıdırlar. Direktorların yüksək natiqliq bacarığının olması Azərbaycanın nadir təbiət ərazilərinin təbliğatının təşkilində yerinə düşərdi. Eyni zamanda onların həm xarici dil biliyi, həm də zəngin dünyagörüşü olmalıdır ki, milli parkları bacarıqla davamlı idarə edə, həmçinin turizmin inkişafına nail ola və paralel olaraq elmi işi apara bilsinlər. Yəni bu ərazilər həm öyrənilməli, həm tədqiq olunmalı və onun nəticəsi ortaya qoyularaq turizmin inkişafına sərf olunaraq sonunda sinerjili bir nəticələrə gətirib çıxarmalıdır. - Seçim necə aparılacaq və bütün milli parklar üçün nəzərdə tutulub?