Türkiyədə terror planlaşdıran İŞİD silahlıları tutulub


Digərləri 30 May 2019 13:05:00 192 0

Türkiyədə terror planlaşdıran İŞİD silahlıları tutulub

Türkiyənin cənubunda, Adana əyalətində İŞİD terror qruplaşmasının 14 silahlısı saxlanılıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin cənubunda, Adana əyalətində İŞİD terror qruplaşmasının 14 silahlısı saxlanılıb. Trend-in məlumatına görə, tutulanlar arasında qadın da var. Silahlıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir. Terrorçuların saxlanılması ilə bağlı əməliyyat əvvəlcədən plana uyğun şəkildə aparılıb. Saxlanılanların Adananın müxtəlif hissələrində terror aktları planlaşdırdıqları məlum olub.