Camal Qaşıqçını öldürülmə səbəbi


Dünya 30 May 2019 12:54:00 204 0

Camal Qaşıqçını öldürülmə səbəbi

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cerard Kuşner Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Qaşıqçını terrorçu adlandırıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Vanity Fair" informasiya yayıb.

Nəşr Maykl Vufun yeni dərc olunan "Mühasirə: Tramp atəş altında" ("Siege: Trump Under Fire") kitabına istinadən məlumat verir ki, Kuşner İstanbul konsulluğunda naməlum şəkildə qətlə yetirilən Camal Qaşıqçını Usamə Bin Ladenlə əlaqələndirib.

Kitabda Kuşnerin adı açıqlanmayan bir jurnalistə səs qeydindən kənar verdiyi müsahibədə Qaşıqçı haqqında "Bu adam kral ailəsindəki (Səudiyyə Ərəbistanı) bəzi fraksiyalar ilə Usamə arasında əlaqə yaradıb. Biz bunu bilirik. Jurnalistmi? Yox bir. Bu, jurnalist kimi üzünü maskalayan bir terrorçu idi"sözlərini deyib.

Xəbərdə, həmçinin, Kuşnerin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın ən yaxşı müdafiəçilərindən biri olduğu qeyd edilib.

Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.