Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq etdi


Digərləri 30 May 2019 12:32:00 205 0

Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq etdi

Azərbaycanda daha bir beynəlxalq sənəd ratifikasiya olunub.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda daha bir beynəlxalq sənəd ratifikasiya olunub. Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında" sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı ölkəmizin bu sənədə qoşulmasının vacibliyi qeyd olunub. Daha sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin