Hacı Surxay çağırış etdi: “Mərcan” toyuqları halaldır, alın!”


Digərləri 30 May 2019 12:30:00 210 0

Hacı Surxay çağırış etdi: “Mərcan” toyuqları halaldır, alın!”

"Mərcan" toyuq əti məhsullarının istehsalçısı "Azerbaijan Poultry Company" MMC (APC) 22 May 2019 tarixində Ucar şəhərindəki istehsal müəssisəsinə presstur təşkil edib.

Tədbir çərçivəsində İçərişəhər Cümə məscidinin axundu və məşhur din xadimi Hacı Surxay və jurnalistlərdən ibarət nümayəndə heyəti şirkətin baş baytar həkimi Rüstəm Qasimovun müşaiyəti ilə istehsalata baş çəkib.

"Mərcan" toyuqlarının istehsal prosesi ilə tanış olan qonaqlara məlumat verilib ki, toyuq əti məhsulları su ilə deyil, hava ilə soyudulur. Bu üsul məhsulun faydalı xüsusiyyətlərini qorumağa və onda zərərli mikroorqanizmlərin yaranmasının qarşısını alır. Əlavə olaraq yeni texnologiyaların tətbiq edildiyi istehsal müəssisəsində bütün istehsal siklinin tam avtomatlaşdırıldığı nümayiş etdirilərək "Mərcan" toyuqlarının tam gigiyenik şəraitdə hazırlandığı diqqətə çatdırılıb.

Daha sonra qonaqlar fabrikin daxilində yaradılmış ibadət otağı ilə tanış olublar. Onlara bildirilib ki, şirkətin işçiləri hər gün burada namaz qılır, dini ayinləri icra edirlər.

İstehsal prosesi ilə tanışlıqdan sonra şirkətin direktoru Rüfət Məmmədzadənin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən İçərişəhər Cümə məscidinin axundu və məşhur din xadimi Hacı Surxay bildirib ki, müəssisədə sağlam və HALAL toyuq məhsulları istehsal edilir:

"Biz şirkət təmsilçiləri və dəyərli jurnalistlərlə birlikdə istehsalat prosesi ilə əyani tanış olduq. Müəssisədə yaradılan şərait, hər bir məqama xüsusi həssaslıqla yanaşılması diqqətimizdən yayınmadı. Qürurverici haldır ki, ölkəmizdə müasir dəyərlərə cavab verən və HALAL toyuq məhsulları istehsal edən belə müəssisə var".

Hacı Surxayın sözlərinə görə, nəinki  insanlar, hər bir istehlakçı "Mərcan" toyuq məhsullarından istifadə edə bilər:

"Bizim işimiz ictimaiyyəti maarifləndirməkdir, onları düzgün yola dəvət etməkdir. Mən buradan üzümü insanlara və soydaşlarımıza tutub çağırış edirəm: "Mərcan" toyuqları halaldır, onları heç bir tərəddüd etmədən alın, yeyin, nuş edin!".

Daha sonra şirkətin direktoru Rüfət Məmmədzadə jurnalistlərin suallarına cavab verdi.

Ayda 750-800 ton toyuq əti istehsal olunur


Xəbərə aid fotolar