Heydər Əliyev Sarayında "Söhbət var" adlı konsert keçiriləcək


Şou-biznes 30 May 2019 12:02:00 383 0

Heydər Əliyev Sarayında "Söhbət var" adlı konsert keçiriləcək

Mayın 31-də Heydər Əliyev Sarayı və ARB TV-nin birgə təşkilatçılığı musiqili-əyləncəli "Söhbət var" adlı konsert proqramı keçiriləcək.

Son.az bildirir ki, əməkdar artist Dilarə Əliyevanın aparıcılığı ilə keçiriləcək konsertdə əsl şou, yumor dolu əyləncəli proqram tamaşaçıları gözləyir. Konsrtdə həmçinin, sevilən müğənnilər Elza Seyidcahan, Nadir Qafarzadə, Pərviz Bülbülə və Türkan, Vasif Məhərrəmli, Xatun, Roza Zərgərli, Namiq Qaraçuxurlu, Rauf və başqaları iştirak edəcəklər.

Saat 19:00-da baş tutacaq konsertin biletinin qiyməti 10-60 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrəsi: (012) 441-21-31