Qalmaqallı “plyonka” açıqlaması Birinci “olar”, səhəri “olmaz” dedi


Digərləri 30 May 2019 11:54:00 268 0

Qalmaqallı “plyonka” açıqlaması  Birinci “olar”, səhəri “olmaz” dedi

Son günlər şəhərdə avtomobilin ön və arxa yan şüşələrinə 100 faizlik "plyonka" vuran sürücülərin sayı sürətlə artır. Artıq bir neçə belə maşının fotoları da yayımlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məsələni ictimailəşdirən radio aparıcısı Tural Yusifov "qaraya bürünən" avtomobillərin şəklini paylaşıb.

Daha sonra isə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polkovnik Vaqif Əsədovun Oxu.az saytında bu barədə müəmmalı açıqlaması yayılıb. V.Əsədov bildirib ki, bundan sonra avtomobillərin arxa şüşələrinə pərdə və plyonka çəkilməsinə görə sürücülər cərimələnməyəcək.

Lakin bu açıqlama qanuna ziddir, çünki "plyonka"ların vurulması qadağandır, jalüzlərə isə küləyə qarşı olan şüşələrdə 75 faiz, küləyə qarşı olmayanlarda isə 70 faiz tündlüyə icazə verilir.

V.Əsədovun bu açıqlaması qanuna zidd olduğu üçün geniş müzakirələrə səbəb oldu. Daha sonra V.Əsədov onun adından yayılan bu ifadələri təkzib etdi: "Avtomobillərə pərdə və plyonka vurulması ilə bağlı qanunda heç bir dəyişiklik edilməyib. Qanun "yox" deyirsə, mən necə "hə" deyə bilərəm? Bu yazılanlar hamısı şayiədir".


Xəbərə aid fotolar