Balotelli cəzalandırıldı


İdman 30 May 2019 11:00:00 228 0

Balotelli cəzalandırıldı

Fransa Futbol Federasiyası Marseille-dən ayrılacağını açıqlayan Mario Balotellini cəzalandırıb.

Goal.az xəbər verir ki, italyan hücumçu Liqa 1-in sonuncu – 38-ci turunun Monpellier ilə qarşılaşmasında qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.

Marseille-in Monpellier-i 1:0 hesabıyla məğlub etdiyi qarşılaşmanın 87-ci dəqiqəsində rəqibinə sərt müdaxilə edən Balotelli birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.

İtalyan hücumçu bir müddət əvvəl Marseille-dən ayrılacağını açıqlamışdı.