Türkiyədə azərbaycanlı TIR sürücüsünə hökm oxundu


Dünya 30 May 2019 11:09:00 270 0

Türkiyədə azərbaycanlı TIR sürücüsünə hökm oxundu

Türkiyənin Çorum bölgəsində təcili yardım maşınına çırpılan TIR sürücüsünə hökm oxunub.

Son.az Oxu.az-a istinadən bildirir ki, iki il əvvəl baş verən və yük maşınının azərbaycanlı sürücüsü Gülman B.-nin səbəb olduğu qəza nəticəsində bir tibb işçisi ölüb, üçü isə ağır yaralanıb.

Məhkəmənin qərarı ilə o, 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, qəza 2017-ci ilin dekabrında Çorum-Ankara magistralının 30-cu kilometrliyində baş verib. Gülman B. hadisədən dərhal sonra saxlanılıb.