Budapeştdə turist gəmisi çevrildi


Dünya 30 May 2019 10:24:00 247 0

Budapeştdə turist gəmisi çevrildi

Budapeştdə Dunay çayında turistləri aparan gəmi qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, insident nəticəsində azı 7 nəfərin öldüyü bildirilir.

Hadisə iki gəzinti gəmisinin toqquşması nəticəsində baş verib.

Polisin verdiyi məlumata görə, qəza anında gəmidə ümumilikdə Cənubi Koreyadan olan 33 turist və 2 ekipaj üzvü olub.

Hadisədən sonra 7 nəfəri xilas etmək mükün olub. 21 nəfərin taleyi isə hələlik məlum deyil.