Komissiya Şamaxıda püskürən vulkan ətrafındakı vəziyyətlə bağlı


Digərləri 30 May 2019 10:21:00 190 0

Komissiya Şamaxıda püskürən vulkan ətrafındakı vəziyyətlə bağlı

Şamaxı rayonunda püskürən palçıq vulkanında aktivlik yoxdur.

Bakı. Samir Əli - Şamaxı rayonunda püskürən palçıq vulkanında aktivlik yoxdur. Bu barədə Trend-ə Şamaxı Rayon Fövqəladə Hallar Komissiyasının rəis müavini Rüstəm Əliyev məlumat verib. Onun sözlərinə görə, hadisə rayonun Məlikçobanlı və Göylər kəndlərinin sərhədində baş verib: "Vulkan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qeydiyyatındadır. Palçıq vulkanı 40 metr enində, 50 metr uzunluğunda sahəni əhatə edib. Ərazi yaşayış məntəqəsindən 600 metr kənardadır. Hadisə nəticəsində yaşayış məntəqəsi və əkin sahələrinə heç bir ziyan dəyməyib, vəziyyət tam normaldır". Xatırladaq ki, mayın 27-də Şamaxı şəhərinin 12 km cənub-qərbində, Məlikçobanlı kəndində palçıq vulkanı püskürüb. Vulkan ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən monitorinq və müvafiq ölçmə işləriartıq aparılıb.