Nazir neft-qaz sektorundakı son vəziyyəti açıqladı


Digərləri 30 May 2019 09:59:32 180 0

Nazir neft-qaz sektorundakı son vəziyyəti açıqladı

Bu günə qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağından 485 milyon ton neft və 158 milyard kubmetr təbii qaz hasil edilib.

Bakı. Sara İsrafilbəyova - Bu günə qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağından 485 milyon ton neft və 158 milyard kubmetr təbii qaz hasil edilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirlən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında deyib. Nazir qeyd edib ki, AÇQ yatağında bu günə qədər yatırılan investisiyaların həcmi 36 milyard dollar təşkil edir.