Texasda atışma:


Dünya 30 May 2019 09:09:00 231 0

Texasda atışma:

ABŞ-ın Texas ştatında atışma baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Klivlenddə baş verən hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

İlk atəş səsləri şəhər su kəməri şirkətinin binasının yaxınlığından gəlib. Yerli sakin Pavol Vido qadını qətlə yetirib və iki nəfəri yaraladıqdan sonra qaçmağa cəhd edib.

Polis əməkdaşları cinayətkarı izləyib və saxlamağa cəhd ediblər. Tərəflər arasında yaranan atışma nəticəsində dairə şerifinin köməkçilərindən biri böyün nahiyəsindən yaralanıb və xəstəxanaya yerləşdirilib.