Meksikada dəhşətli qəza


Dünya 30 May 2019 08:53:00 206 0

Meksikada dəhşətli qəza

Meksikanın cənub-şərqində Verakrus ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 20 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə TASS məlumat yayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, iİlkin versiyaya görə, dağ yolu döngələrindən birində yük maşınının əyləci tutmayıb və o, avtobusa çırpılıb. Toqquşma nəticəsində hər iki maşın yanıb. Avtobusda Çyapas ştatından zəvvarlar olub.