Redmi K20 smartfonu Geekbench testindən keçib


Digərləri 30 May 2019 08:55:00 191 0

Redmi K20 smartfonu Geekbench testindən keçib

Xiaomi Redmi K20 modeli Geekbench bençmark testindən keçib. Əldə olunmuş bençmark nəticələri sözügedən smartfon modelinin performansından əlavə olaraq onun əsas texniki göstəricisini də ortaya çıxardıb.

Son.az technote.az-a istinadən bildirir ki, Redmi K20 modeli Snapdragon 730 prosessoru əsasında çalışır.

6 GB RAM-a və Da Vinci kod adına sahib smartfon Geekbench-in birnüvəli testində 2569 xal, çoxnüvəli testində isə 7096 xal toplayıb. Bu smartfonun göstəricilərini digər smartfonların göstəriciləri ilə müqayisə etmək mümkün deyil. Belə ki, Snapdragon 730 prosessorlu smartfon modeli hələ satışa çıxmayıb. Qeyd etmək lazımdır ki, Redmi brendinin K20 smartfon seriyasına iki model daxil olacaq: Redmi K20 və K20 Pro. Məlumata əsasən onlar öz aralarında yalnız prosessorlar üzrə fərqlənəcəklər. Belə ki, Redmi K20-nin Snapdragon 730 prosessoru ilə, Redmi K20 Pro-nun isə Snapdragon 855 prosessoru ilə təchiz olunacağı güman edilir.