İlk robot yanğınsöndürənlər dəstəsi yaradılıb


Digərləri 30 May 2019 08:21:00 255 0

İlk robot yanğınsöndürənlər dəstəsi yaradılıb

Yaponiyada insanlardan istifadənin təhlükəli olduğu xüsusi ağır və miqyaslı alovlanmanın söndürülməsi üçün ilk əlahiddə robot yanğınsöndürənlər dəstəsi yaradılıb.

Son.az ICTnews-a istinadən bildirir ki, dəstəyə dörd kateqoriyalı robotlar daxildir. Məsələn, onlar arasında yanğının xarakteri və onun inkişafı barədə dəqiq məlumatlar verən pilotsuz uçan aparat var. Bundan başqa, dəstədə dağıntıların təmizlənilməsi üçün buldozer çalovu və manipulyator əllə təchiz edilən robot, eləcə də su şırnaqlarına malik müxtəlif tipli təkərli maşınlar yer alıb.

Müxtəlif təyinatlı dörd robot bir avtomobildə daşınır. Dəstəyə dörd belə mobil bölmə daxildir.

Bildirilir ki, dəstə Tokionun şimal-şərqi yaxınlığında Tiba prefekturasının İtixara şəhərində bazada yerləşir. Bu yerin seçilməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, bu ərazidə çoxsaylı neft anbarları və neft emalı zavodları, sıxılmış qaz qəbul edən terminallar yerləşir. Belə obyektlərdə yanğınlar söndürülmə zamanı insanlar üçün böyük çətinliklər törətməsi və çox təhlükəli olması ilə seçilir.