Xiaomi güzgü dizaynli yeni powerbank hazirladi


Digərləri 30 May 2019 08:15:00 224 0

Xiaomi güzgü dizaynli yeni powerbank hazirladi

"Xiaomi" şirkəti  makiyaj prosesi zamanı istifadə olunan güzgüdən həm də powerbank olaraq yararlanmağı təklif edən yeni məhsulunu təqdim edib.

Son.az chip.az-a istinadən bildirir ki, "Xiaomi" ümumiyyətlə smartfon istehsalçısı olaraq tanınsa da eyni zamanda nümayiş etdirdiyi məhsulları ilə real istehlakçı elektronika şirkətidir. "Xiaomi"nin yan şirkətlərindən birinin istifadəyə verdiyi son məhsulu ayna powerbank funksiyalarını da özündə birləşdirir.

85x76x17mm ölçülü güzgünün bir tərəfində 2x zoom yaxınlaşdırıcı ayna, digər tərəfində isə təbii işıq simülasyonunu həyata keçirən 12 nöqtəli LED işıqlandırma yerləşir. Güzgüdən səmərəli istifadə etmək üçün parlaqlıq manual olaraq əl ilə düzəldilə bilər.

"Xiaomi" makyaj aynasının əsas funksiyası alt hissədə yerləşən 3000mAh batareyadır. 5V / 1A giriş və çıxışa sahib bu batareya sayəsində telefonunuzu təcili vəziyyətdə şarj edə bilərsiniz. Qalan enerji 10% -dən aşağı düşdüyü zaman cihaz avtomatik olaraq LED işıqlandırmasını söndürür. Və tam şarj ilə bir saat boyunca makyaj aynasını işıqlandıra bilir. Şirkət məhsulu 18 dollara təklif edir.