32 MP ön kamerali Oppo Reno Z təqdim edildi


Digərləri 30 May 2019 08:05:00 222 0

32 MP ön kamerali Oppo Reno Z təqdim edildi

"Oppo"nun yeni orta seqment ağıllı telefonu "Reno Z "modeli təqdim edilib.

Son.az chip.az-a istinadən bildirir ki, Çin smartfon istehsalçısı "Oppo" son bir neçə həftə içində "Oppo Reno" smartfonunu təqdim edərək ortaya qoyduğu məhsulun qiymət və performansı ilə bütün diqqətləri özünə cəlb etmişdi. Bundan sonra ağıllı telefon sektorunun nəhəng şirkəti yeni modeli "Reno Z"ni istifadəyə verdi.

Model arxa tərəfində yerləşən LED fənəri, bir xəttli kamera, şaquli "Oppo" loqosu və sloganları ilə digər "Reno" seriyalı smartfonlara bənzəyir. Pop-up kamera əvəzinə su damlası kimi çəntik istifadə olunan model 32 MP gücündə selfie kamerası ilə fərqlənir.

"Oppo Reno Z"nin texniki xüsusiyyətləri

Ekran: 6,4 düym, 2340 × 1080, AMOLED

Prosessor: Qualcomm Snapdragon 710 (Kryo 360 CPU və Adreno 616 GPU)

RAM: 6 GB

Yaddaş: 256 GB daxili

Əməliyyat sistemi: Android 9.0 Pie