Kriptovalyuta oğurlayan mobil tətbiqlər aşkarlandı


Digərləri 30 May 2019 07:31:00 185 0

Kriptovalyuta oğurlayan mobil tətbiqlər aşkarlandı

"Eset" antivirus proqram təminatı istehsalçısı "Google Play" mağazasında kriptovalyuta oğurluğu üçün istifadə olunan bir neçə mobil tətbiq aşkar edib. Həmin tətbiqlərdən biri populyar "Trezor" kripto pulqabı adı altında maskalanıb.

Son.az ICTnews-a istinadən bildirir ki, proqramın təsviri şübhə doğurmur: o, qanuni xidmət kimi görsənir, istehsalçı kimi "Trezor Inc." şirkəti göstərilir. Bundan başqa, axtarış sistemində bu proqram rəsmi proqramdan sonra ikinci sətirdə tapılır.

"Eset"in mütəxəssisləri araşdırma zamanı belə qərara gəliblər ki, çoxfaktorlu müdafiə sistemi sayəsində "Trezor" istifadəçilərinin əmanətləri üçün heç bir təhlükə yoxdur. Ancaq saxta proqram məqsədi kriptovalyuta oğurlamaq olan digər fırıldaqçı proqramla bağlıdır.

"Trezor" saxta proqramını quraşdırdıqdan və işə saldıqdan sonra hesab məlumatlarının daxil edilməsi üçün pəncərə üzə çıxır. Bundan sonra həmin məlumatlar cinayətkarların "coinwalletinc.com" ünvanında yerləşən serverinə göndərilir.