Şimali Koreya əhalisinin yarıdan çoxu...


Digərləri 29 May 2019 23:05:00 227 0

Şimali Koreya əhalisinin yarıdan çoxu...

KXDR elektrik enerjisinin qıt olduğu 20 ölkədən biridir, respublika əhalisinin yarıdan çoxunun evində elektrik enerjisi yoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Dünya Bankı, Beynəlxalq Enerji Agentliyi, Dünya Səhiyyə Təşkilatı, Bərpa Olunan Enerji üzrə Beynəlxalq Agentlik və BMT-nin Statistika İdarəsinin birgə məruzəsində yer alıb.

Aparılan tədqiqata əsasən, 2017-ci ildəki vəziyyətə görə, KXDR-in 25 milyonluq əhalisinin yalnız 44 faizi elektriklə təmin edilib. Bu da dünya üzrə 89 faizə bərabər olan orta göstəricidən xeyli aşağıdır. Şimali Koreya elektrik enerjisi ilə təminat səviyyəsinə görə Efiopiya, Uqanda, Tanzaniya və Mali kimi ölkələrlə yanaşı dayanır. Bununla belə, ekspertlər KXDR-də energetika sahəsinin müsbət inkişaf dinamikasını da qeyd ediblər. Belə ki, 2010 və 2015-ci illərdə Şimali Koreya əhalisinin elektrik enerjisi ilə təminat səviyyəsi cəmi 25 faiz qiymətləndirilirdi.

KXDR-də elektrik enerjisi çatışmazlığı ilk növbədə ölkəyə qarşı yönələn və adi vətəndaşların yaşayış şəraitini çətinləşdirən sərt iqtisadi sanksiyalar səbəbindən yaranır. Xüsusən son illər xaricdən elektrik enerjisi sahəsində istifadə oluna biləcək avadanlıqların gətirilməsi xeyli məhdudlaşdırılıb.