Bolqarıstan müvəqqəti işlə təmin olunma göstəricisinə görə Avropa İttifaqında sonuncu yerdədir


Dünya 29 May 2019 22:55:00 224 0

Bolqarıstan müvəqqəti işlə təmin olunma göstəricisinə görə Avropa İttifaqında sonuncu yerdədir

Avropa statistika agentliyinin məlumatına əsasən, Bolqarıstan Avropa İttifaqında (Aİ) müvəqqəti işlə təmin olunma göstəricisinə görə siyahıda son beşlikdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə yalnız 4 faiz şəxs 15-64 yaş çərçivəsində müvəqqəti işlə təmin olunub. Aİ-də orta rəqəm isə 14 faizdir. Statistikaya görə 2018-ci ildə yalnız 130 min insan müvəqqəti işlə təmin olunub. Bu isə 3,2 milyon fəal əhali nisbətində çox azdır. Ən çox müvəqqəti işlə təmin olunma İspaniyada 28 faiz, Polşada 24 faiz, Portuqaliyada 22 faiz, Hollandiyada 21 faiz, Xorvatiyada19 faiz, İtaliyada 18 faiz qeydə alınıb. Ən az isə Rumıniyada 1,1 faiz, Litvada 1,6 faiz, Latviyada 2,7 faiz, Estoniyada 3,5 faiz və Bolqarıstanda 4 faiz qeydə alınıb.