İran ABŞla danışıqlar üçün şərtləri açıqladı


Dünya 29 May 2019 22:35:00 195 0

İran ABŞla danışıqlar üçün şərtləri açıqladı

İran ABŞ yalnız Tehrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırıb, nüvə sazişi üzrə öhdəliklərinin icrasını davam etdirəcəyi təqdirdə Vaşinqtonla danışıqlar barədə düşünə bilər.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

"Danışıqlar üçün qapılar bağlı deyil. ABŞ sanksiyaları ləğv etməli və razılaşmaları yerinə yetirməlidir", - deyə Ruhani bildirib.

Bundan əvvəl Donald Tramp (mayın 27-də) İslam Respublikasının danışıqların aparılması istəyini ifadə edəcəyi təqdirdə, Vaşinqtonun Tehranla danışıqlar prosesinə razılaşacağını dilə gətirmişdi. O, "qorxulu şeylərin baş verməsini" hamıdan az arzuladığını bildirmişdi.