"Ford" 14,5 mindən çox avtomobili geri çağırdı


Digərləri 29 May 2019 22:25:00 203 0

"Ford" 14,5 mindən çox avtomobili geri çağırdı

"Ford" Rusiyada 14,5 mindən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, geri çağırılma Rusiyada 2012-ci ilin avqustundan 2018-ci ilin aprelinədək satılmış "Explorer" modelinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar arxa təkərlərin nizamlanma rıçaqında aşkar olunan qüsurlarla əlaqədardır.

Bu qüsurun avtomobilin qəza riskinin artmasına səbəb ola biləcəyi deyilir.