18 yaşlı qız BDUdan məzun oldu


Digərləri 29 May 2019 20:54:00 309 0

18 yaşlı qız BDUdan məzun oldu

Dörd yaşında birinci sinifə gedən və 14 yaşında BDU-nun Beynəlxalq Münasibətlər fakültəsinə daxil olan Turana Tağıyeva 18 yaşında magistr adını qazanmağa çox yaxındır. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, T.Tağıyeva 2000-ci ilin avqustunda anadan olub. 

Dünən nəticələr açıqlanandan sonra Turanənin 114 bal topladığı müəyyənləşib. 

Həmçinin, T.Tağıyeva BDU-nu fərqlənmə diplomu ilə bitirəcək.