Hadisə makiyajsız görüntüsünü tənqid edənlərə yataqdan foto ilə


Digərləri 29 May 2019 20:59:00 262 0

Hadisə makiyajsız görüntüsünü tənqid edənlərə yataqdan foto ilə

Məşhur türk müğənnisi Hadisə makiyajsız görüntülərini tənqid edənıərə yataqdan paylaşdığı foto ilə cavab verib.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, Hadisə İstanbulun Ulus səmtindəki bir restorandan çıxanda kameralara tuş gəlib. Onun sosial şəbəkələrə sızan makiyajsız fotosu tənqid edilib.

Hadisə isə tənqidlərə İnstaqram səhifəsində paylaşdığı yataq fotosu ilə cavab verib. O, fotoya "Canımız istəsə makiyajsız toya, marketə, restorana gedərik. Kefimiz istəsə heç vaxt makiyaj etmərik. Kimin nə işinə? Hamı makiyajsız fotosunu yükləsin və vecinə olmadığını göstərsin. Biz qadınlar özümüzü sizə bəyəndirmək üçün yaşamırıq. Bunu anlayacaqsınız" yazıb.


Xəbərə aid fotolar