Bakıda Ağdam sakinindən hədə-qorxu ilə pul tələb edildi


Digərləri 29 May 2019 20:44:00 187 0

Bakıda Ağdam sakinindən hədə-qorxu ilə pul tələb edildi

Yasamal rayonunda qadına qarşı hədə-qorxu gələn şəxslər saxlanılıb.

Bakı. Yasamal rayonunda qadına qarşı hədə-qorxu gələn şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində Ağdam rayon sakini olan qadına 2 nəfər hədə-qorxu gələrək 25.000 manat pul verməsini tələb edib. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıb. Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.