Deputatlar da bugünkü finaldan DANIŞDILAR: “Allaha yalvarıram ki...”


Digərləri 29 May 2019 20:39:00 272 0

Deputatlar da bugünkü finaldan DANIŞDILAR: “Allaha yalvarıram ki...”

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

Bakı Olimpiya Stadionunda qitənin ikinci dərəcəli klub turnirinin finalı ingilis komandalarının dueli olacaq.

Belə ki, həlledici qarşılaşmada "Çelsi" və "Arsenal" üz-üzə gələcəklər.

"Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son.az bildirir ki, Milli Məclisin deputatları Azərbaycanın ev sahibliyi edəcəyi bugünkü oyunla bağli fikirlərini Modern.az-la bölüşüblər.

Milli Məclisin komitə sədri Eldar İbrahimov xaricdə olsa da, oyunla bağlı yüksək düşüncədə olduğunu deyib:

"Neçə vaxtdır ki, "Çelsi" - "Arsenal" oyunu barədə hamı danışır. Belə bir oyuna ev sahibliyi etdiyimizə görə çox çox sevincliyəm. Futbol təkcə oyun deyil, həm də fərqli insanları bir araya gətirməyi bacarır. Belə bir yarışına Bakının ev sahibliyi etməsi əlamətdar hadisədir. Bu, təkcə idman bayramı deyil, eyni zamanda Azərbaycanın, Bakının dünyada tanınması deməkdir. Bütün dünyanın nəzərlərinin Bakıya yönəlməsindən qürur duymamaq olmur".

Milli Məclisin deputatı Aqil Abbas "Çelsi" - "Arsenal" oyununu evdən izləyəcəyini bildirib: