Elektron siqaretlərin dəhşətli zərəri araşdırıldı


Digərləri 29 May 2019 20:29:00 231 0

Elektron siqaretlərin dəhşətli zərəri araşdırıldı

ABŞ-ın Stanford Universitetinin Tibb fakültəsinin professoru Cozep Vunun rəhbərliyi ilə elektron siqaretlərlə bağlı araşdırma aparılıb. 

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, mütəxəssislər qan damarı hüceyrələrinin elektron siqaret mayesinə məruz qalması nəticəsində DNT-yə böyük zərər dəydiyini və hüceyrə ölümü baş verdiyini bildiriblər. Araşdırma zamanı müəyyən edilib ki, elektron siqaretlərin tərkibinə vurulan dadverici mayelərin müxtəlifliyindən asılı olaraq DNT-yə də müxtəlif zərər dəyir. 

Belə ki, darçınlı və mentollu mayelər ürək sağlamlığı üçün birbaşa zərbədir.

"Bu günə qədər bu mayelərin hüceyrələrə necə təsir etməsi barədə məlumatlı deyildik. Bu araşdırmalar göstərdi ki, elektron siqaretlər ənənəvi siqaretlərin təhlükəsiz alternativi deyil" - deyə professor Cozep Vu bildirib.