Roza tükənmişlik sindromu yaşayır


Şou-biznes 29 May 2019 20:19:00 245 0

Roza tükənmişlik sindromu yaşayır

"Müğənni, aparıcı, yazıçılıq edirəm. Başqa sahələrdə də varam. Özümə vaxt ayıra bilmirəm. Özümlə təklikdə qala bilmirəm. Tükənmişəm, depresiya yaşayıram".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Faydalı saat" verilişində deyib. O bildirib ki, son günlər yorğunluq sindromundan əziyyət çəkir:

"Oturub fikirləşirəm ki, bu, mənə lazımdır. "Bakı vaxtı ilə" verilişimi başlayanda bu tip proqram yox idi. Bizdən sonra nə qədər marifləndirici proqramlar yarandı. Düşünürəm ki, bağlayım. Amma tamaşaçılardan elə rəy gəlir ki, deyirəm, buna haqqın yoxdur. Amma çox işə əl atıram, çatdırmıram".