Bu gün azarkeşlərin daşınması üçün 12 məntəqədə 450 xüsusi avtobus fəaliyyət göstərəcək


Digərləri 29 May 2019 20:02:17 259 0

Bu gün azarkeşlərin daşınması üçün 12 məntəqədə 450 xüsusi avtobus fəaliyyət göstərəcək

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Bakı. Samir Əli - Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Trend-in məlumatına görə, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə ümumilikdə 450 avtobus fəaliyyət göstərəcək. O cümlədən, finala bilet alan tamaşaçılar Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı), metronun "Q.Qarayev" stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.