Yazıçılar Birliyində Afət Viləşsoyun kitabının təqdimatı keçirilib


Kriminal 29 May 2019 18:01:00 339 0

Yazıçılar Birliyində Afət Viləşsoyun kitabının təqdimatı keçirilib

Azərbayvan Yazıçılar birliyində Filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü Afət Abuşovanın- Viləşsoyun "Mənim adım Vətəndir" adlı hekayə və şeirlər kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açıb. Daha sonra qonaqlar, yazıçı, şair və tənqidçilər - Əkbər Qoşalı, Qulu Ağsəs, Fərqanə Mehdiyeva, Balayar Sadiq, Nəvai Mətin, Nazilə Gültac, Dayandur Sevgin, yazarın ilk müəllimləri, pedaqoq yoldaşları, tələbə və şagirdləri çıxış edərək müəllifin yaradıcılığından danışıb, onun şeirlərini səsləndiriblər.

Qeyd edək ki, kitabın redaktoru və ön söz məllifi dahi yazarımız İsa Muğannanın qızı, Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Sevinc İsa qızı Muğanna, texniki redaktoru Elnarə Abbasovadır.

Abuşova Afət Yusubəli qızı 27 aprel 1985-ci ildə Masallı rayonunda dünyaya gəlib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ildə gənc yazar olaraq Prezident təqaüdünə layiq görülüb. 7 bədii kitab, 10-dan çox elmi əsər-məqalə və tezislərin müəllifidir. Hazırda Bakı Dövlət Universitetində nitq mədəniyyəti və "Gənc istedadlar" liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyətini davam etdirməkdədir. Ailəlidir, iki övladı var.